Sionist İsrail İran Mərkəzi Bankını iki bank, bir hərbi şirkət və üç yüksək rütbəli məmurla birlikdə “terror təşkilatı” siyahısına salıb. Bildirilib ki, bu qərar İranın silahlı qruplaşmalara maliyyə dəstəyi verdiyi iddiasına görə verilib.
Az.rathaber.com xəbər verir ki, İsrailin müdafiə naziri Yisrael Katz İran Mərkəzi Bankını və bəzi İran rəsmilərini “terror təşkilatı” elan etdiklərini açıqlayıb.
Nazir Katz X sosial media platformasında bildirib ki, qərar İran silahlı qüvvələrinə bağlı bir şirkət, iki bank və üç yüksək rütbəli İran rəsmisini də əhatə edir.
Katz imzalanan qərarın İranın maliyyə sistemini hədəf alan “xüsusi sərəncam” olduğunu vurğulayaraq, bu addımın Mossad və Milli İqtisadi Müharibə Mərkəzinin tələbinə cavab olaraq atıldığını bildirib.
Hələlik sanksiyaların necə həyata keçiriləcəyi ilə bağlı rəsmi açıqlama verilməyib.