Sionist İsrail heç bir xəbərdarlıq etmədən Rəfaha hücum edib

Sionist İsrail heç bir xəbərdarlıq etmədən Rəfaha hücum edib

Fələstin Xarici İşlər Nazirliyi sionist İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərinə hücum etdiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada bildirilib:

"Fələstin Xarici İşlər Nazirliyi Qəzza zolağının şimalından və mərkəzindən milyonlarla köçkünün yaşadığı şəhərin işğal olunmaması ilə bağlı beynəlxalq xəbərdarlıqlara məhəl qoymayaraq, sionist İsrailin Rəfah şəhərinə qarşı qanlı hava hücumlarını və sistemli dağıdıcı əməliyyatlarını qətiyyətlə pisləyir".

Açıqlamada qatil İsrailin dünən gecə saatlarından etibarən Rəfaha dağıdıcı hava hücumu təşkil etdiyi və çoxlu sayda fələstinlinin şəhid olduğu vurğulanıb:

"İsrail Rəfah şəhərinə hücuma başlayıb və beynəlxalq reaksiyalardan yayınmaq üçün bunu açıqlamayıb və heç kimin icazəsini gözləməyib".

Xəbəri paylaş

VİDEOLAR