Sionist İsrail bütün məhbusları azad edəcək atəşkəsi rədd edib

Sionist İsrail bütün məhbusları azad edəcək atəşkəsi rədd edib

Sionist İsrailin dövlət televiziyası KAN-a danışan adı açıqlanmayan yüksək səviyyəli məmur bildirib ki, hökumət Qəzzada atəşkəs danışıqlarının gündəmində olan beş illik atəşkəs müqabilində bütün israilli məhbusların azad edilməsi təklifini rədd edib.

Az.rasthaber.com xəbər verir ki, KAN dövlət televiziyası adı açıqlanmayan İsrail rəsmisinə istinadən xəbər verib ki, Təl-Əviv administrasiyası 5 illik atəşkəsi qəbul etməyib.

“Biz çətin ki, HƏMAS-ın yenidən silahlanmasına, yenidən qruplaşmasına və İsrailə qarşı müharibəsini davam etdirməsinə imkan verən atəşkəsi qəbul edək”, - İsrail rəsmisi bildirib.

Qəzzada saxlanılan israilli məhbusların ailələrindən verilən açıqlamada, təklifin rədd edilməsinin “hökumətin planının olmadığının daha bir sübutu” olduğu bildirilib.

KAN daha əvvəl bəyan etmişdi ki, vasitəçilər beş ildən yeddi ilə qədər davam edən atəşkəs və qatil İsrail ordusunun Qəzzadan çıxarılması və HƏMAS-ın saxladığı məhbusların azad edilməsi müqabilində İsrail həbsxanalarındakı fələstinlilərin azad edilməsini ehtiva edən təklif təqdim ediblər.

Britaniya televiziyası BBC yüksək rütbəli fələstinli məmura istinadən xəbər verir ki, vasitəçi ölkələr Misir və Qətər 5-7 il davam edəcək atəşkəs və məhbus mübadiləsi planı layihəsini təqdim ediblər.

Xəbəri paylaş

VİDEOLAR