Sionist general etiraf etdi: İsrail 1 ilə süqut edəcək

Sionist general etiraf etdi: İsrail 1 ilə süqut edəcək

Müqavimətlə bu mübarizəsi bu templə davam edərsə, İsrail rejimi bir ildən az müddətdə süqut edəcək.

Az.rasthaber.com xəbər verir ki, bunu sionist rejimin istefada olan generalı və hərbi eksperti İshaq Brik etiraf edib.

O, rejim başçısı Binyamin Netanyahunun atəşkəs razılaşmasına mane olmaq səylərini tənqid edib.

"Netanyahunun əlavə şərtləri atəşkəs və girovların qaytarılmasını çətinləşdirdi", - o deyib.

Brik HƏMAS və Hizbullahla müharibənin davam edəcəyi surətdə, sionist rejimin bir ildən az müddətdə süqut edəcəyi ilə bağlı xəbərdarlıq edərək deyib ki, "(sionist rejimin müharibə naziri) Yoav Qallant anlayır ki, biz Qəzza bataqlığında boğuluruq, əsgərlərimizi itiririk və HƏMAS-ı məhv etmək məqsədimizə çatmayacağıq".

Xəbəri paylaş

VİDEOLAR