Sionist baş nazirin oğlu Türkiyənin ünvanına ittihamlar və təhqirlər səsləndirdi

Sionist baş nazirin oğlu Türkiyənin ünvanına ittihamlar və təhqirlər səsləndirdi

Yair Netanyahu bir neçə gün öncə Kürdüstan bayrağı paylaşmaqla Türkiyənin ünvanına səsləndirdiyi açıqlamalardan sonra yenə sərt açıqlama verib

Rasthaber Azərbaycan xəbər verir ki, Sionist İsrail baş nazirinin böyük oğlu Yair Netanyahu bir neçə gün öncə Kürdüstan bayrağı paylaşmaqla Türkiyənin ünvanına səsləndirdiyi açıqlamalardan sonra yenidən Twitter vasitəsilə Türkiyənin ünvanına ittihamlar səsləndirib.

O yazdığı paylaşımda “Siz Anadolunun sakinləri deyilsiniz, siz Orta Asiyadan gəlmisiz və yerli yunan xristian əhaliyə qarşı soyqırım həyata keçirmisiniz. İstanbul əslində – Konstantinopoldur, siz qanunsuz oranı işğal etmisiniz. Siz həmçinin erməni soyqırımı törətmisiniz.”, -deyə yazıb.

İsrail baş nazirinin oğlu həmçinin Türkiyənin Şimali Kipri, Şimali Suriya və Kürdüstanı qanunsuz işğal etdiyini də yazıb. Onun sözlərinə görə, Türkiyəni diktator idarə edir. Netanyahunun oğlu Türkiyənin Osmanlı zamanı kimi ərəb dünyasına zülm etmək istədiyini də qeyd edib.

 

 

Xəbəri paylaş

VİDEOLAR