Sinqapur prezidenti hicab qadağası ilə bağlı vəziyyətə müdaxilə edib.
Rasthaber xəbər verir ki, Sinqapur prezidenti Həlimə Yaqub ticarət mərkəzlərinin birindəki hicab qadağası ilə bağlı vəziyyətə müdaxilə edib.
Qeyd edək ki, “Tangs” ticarət mərkəzinin rəhbərliyinin işçidən hicabı çıxarmağını tələb etməsi qalmaqala səbəb olub.
Müsəlman prezident Həlimə Yaqub bu səs-küylü məsələyə biganə qalmayaraq münasibət bildirib.
“Tangs” bildirib ki, bu cür məhdudiyyətləri aradan qaldıracaq və işdə hicab taxmağa icazə verəcək. İnsanları yalnız xidmət və həmin işlə bağlı bacarıqlarına görə qiymətləndirmək lazımdır, başqa heç nə ilə”, – deyə prezident “Facebook” səhifəsində yazıb.
“COVID-19 dövründə, onsuz da iş yerləri və yaşayış vasitələri ilə bağlı qorxular güclənib, diskriminasiya ilə bağlı insidentlər isə insanların narahatlığını yalnız çoxaldır”, – deyə o qeyd edib.