Şimali Koreya uzunmənzilli qanadlı raketi sınaqdan keçirib.
Rasthaber Azərbaycan xəbər verir ki, Şimali Koreya yeni uzunmənzilli qanadlı raketi sınaqdan keçirib.
Sınaqlar uğurlu hesab edilib.
Qeyd edilib ki, sınaqlar şənbə və bazar günləri keçirilib. Yeni qanadlı raket – son iki il ərzindəki silah sistemlərinin inkişafıının nəticəsidir.
Mütəxəssislər quruda həmin raketin hərəkət qüvvəsini sınayıblar, nəzarət, tuşlama və digər sınaqları da həyata keçiriblər.
Bildirilib ki, sözügedən raket 1,5 min km-dək məsafədəki hədəfi vura bilir.