Şimali Koreya yeni raketini sınaqdan keçirdi

Şimali Koreya yeni raketini sınaqdan keçirdi

Şimali Koreya 2 Martda da 2 raket sınaqdan keçirmişdi.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki,  Cənubi Koreya Baş Qərargahından yayılan açıqlamada Şimali Koreyanın Cənubi Hamqyonq əyalətinin Sondok bölgəsinə yaxın ərazidə 3 ədəd qısa mənzilli raket atdığı bildirilib.

Yonhap agentliyinin xəbərinə görə, raketlər 50 kilometr yüksəkliyə çataraq 200 kilometr məsafə qət edib. Raketlərin növü barədə məlumat verilməyən açıqlamada bölgədə cərəyan edən proseslərin yaxından izlənildiyinə diqqət çəkilib.

Qeyd edək ki, Şimali Koreya 2 Martda da 2 raket sınaqdan keçirmişdi.

Xəbəri paylaş

VİDEOLAR