Şəhriyarın vəfat ildönümüdür

Şəhriyarın vəfat ildönümüdür

Şəhriyar şeirlerini Azərbaycan türkcəsində və fars dillərində yazmışdır.

Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlmişdir. İlk təhsilini Təbrizin Motahari və Tehranda Darülfünun məktəblərində almışdır. Tibb kolecində təhsil aldıqdan sonra Xorasanda, daha sonra yenidən Tehranda notarius və bank işlərində çalışmışdır.

Şəhriyarda ədəbiyyata maraq uşaqlıqdan var idi. Bu sahədə peşakarlaşmasında valideynlərinin az rolu olmamışdır. O 7 yaşından azərbaycanca, 9 yaşından farsca şeirlər yazırdı. Artıq 20-ci illərin ortalarından etibarən artıq istedadlı bir gənc şair kimi tanınırdı. Məhəbbət lirikasının böyük korifeyləri Hafiz və M.Füzulinin qəzəlləri ilə müqayisəyə qadir olan sevgi şeirləri, dünya həyatının mahiyyəti barədə fəlsəfi düşüncələri əks etdirən hikmətli qəsidələri, real həyat müşahidələrinin məhsulu kimi yaranan lirik poemalar müəllifi olan sənətkarı Azərbaycan şeirinin ən yüksək zirvələri sırasına ucaldan, ilk növbədə onun vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyasını təbliğ edən əsərləri olmuşdur. Şəhriyar klassik şeirin bütün şəkillərində yazmış, ədəbiyyatı yüksək məzmunlu qəzəl, qəsidə, məsnəvi, qitə və rübailərlə zənginləşdirmişdir. Hansı üslubda yazmasından asılı olmayaraq onun bir mövzusu var idi - Vətəninin mənəvi bütövlüyünü görmək, can qardaşlarının xoş sədasını eşitmək. Həyatının böyük bir hissəsini İranın müxtəlif şəhərlərində, Azərbaycandan uzaqlarda yaşamağa məcbur olan Şəhriyar özünün qəriblik qismətini vətənin taleyilə müqayisə edir, bu paralellikdə rəmzi bir məna görürdü:Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda üç böyük şair və alimin – Məlikü-şüəra Baharın, Səid Nəfisinin və Peyman Bəxtiyarinin müqəddimələri ilə nəşr olunmuşdur.

Şəhriyar şeirlerini Azərbaycan türkcəsində və fars dillərində yazmışdır. O, İran ədəbiyyatının ən görkəmli liriklərindən sayılır.

Məhəmmədhüseyn Şəhriyar uzun müddət davam edən xəstəlikdən sonra 18 sentyabr 1988-ci ildə 82 yaşında Tehranda vəfat edir. Məzarı Təbrizdə "Şairlər məqbərəsindədir".13 mart 1996-cı ildə Azərbaycan və İran ədəbiyyatlarının inkişafında böyük xidmətləri olan Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 90 illik yubileyinin keçirilməsinin Azərbaycanın ədəbi-mədəni həyatı üçün müstəsna əhəmiyyətini nəzərə alaraq qərar qəbul edilmişdir[2]. Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi tarix İran milli şeir və ədəbiyyat günü kimi qeyd olunur. Şəhriyarın vəfat etdiyi gün - sentyabrın 18-i 2002-ci ildən İran milli şeir və ədəbiyyat günü kimi Parlamentdə təsdiq olunub.

Xəbəri paylaş

VİDEOLAR