Səhiyyə Nazirliyi: Lökbatanda partlayış baş verib,yaralı var

Səhiyyə Nazirliyi: Lökbatanda partlayış baş verib,yaralı var

Bu gün səhər saatlarında Lökbatan qəsəbəsindəki Uşaq Yaradıcılıq Mərkəzində partlayış baş verib

Bu gün səhər saatlarında Lökbatan qəsəbəsindəki Uşaq Yaradıcılıq Mərkəzində partlayış baş verib, nəticədə bir qadın xəsarət alıb. Bu barədə Səhiyyə Nazirliyinin məlumatında deyilir.

“Dekabrın 16-da saat 10:14 radələrində Təcili Yardım Xidmətinə Qaradağ Rayon İcra Hakimiyyəti binasının yaxınlığında yerləşən Uşaq Yaradıcılıq Mərkəzində partlayışın baş verməsi barədə məlumat daxil olub. Hadisə yerinə 3 təcili yardım briqadası göndərilib. Mərkəzdən 50 yaşlı qadın müəllim hər iki əlinin termiki yanığı diaqnozu ilə 5 saylı xəstəxanaya çatdırılıb”, - deyə məlumatda bildirilir.

Daha bir neçə nəfər hadisə zamanı stress keçirib. Onlara yerində yardım göstərilib.

Xəbəri paylaş

VİDEOLAR