Ceyms Villis İran generalı Qasim Süleymaniyə qarşı sui-qəsd törədən şəxslərin siyahısında olub.
Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə “Air Force” jurnalı məlumat yayıb.
Jurnal qeyd edib ki, ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) zabiri Ceym Villis Qətərdə yerləşən əl-Udeyd aviabazasında ölü tapılıb.
Zabit döyüş əməliyyatları ilə bağlı olmayan insident nəticəsində ölüb.
55 yaşlı podpolkovnik Ceyms Villis İran generalı Qasim Süleymaniyə qarşı sui-qəsd törədən şəxslərin siyahısında olub.
Qeyd edək ki, cari ilin yanvar ayında “Əl-Qüds” briqadasının hazırkı komandiri İsmayıl Qaani Süleymani sui-qəsdində əli olan hər kəsdən qisasın alınacağına açıqlama vermişdi.