Şəhid Süleymaninin dəfnindəki izdiham göstərdi ki, xalq müqavimətə inanır

Şəhid Süleymaninin dəfnindəki izdiham göstərdi ki, xalq müqavimətə inanır

İran İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei bu gün səhər İran İslam Şurası Məclisinin üzvləri ilə video-konfrans formasında görüş keçirib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, görüş zamanı İnqilab lideri deyib: “Əminəm ki, bütün mövcud problemlər həll oluna bilər və məclis məsələləri prioritet baxımından təsnifata ayırmaq, kənar problemlər yaratmaqdan çəkinmək, eləcə də problemlərin həlli prosesində xalq üçün canla-başla iş görməklə hissolunacaq təsir göstərməlidir.”

Ayətullahul Xamenei 11-ci çağırış məclisini inqilabdan sonra ən güclü və ən inqilabçı məclis adlandıraraq  “Faydalı, ziyalı, çox bacarıqlı, çox imanlı və çox stimullu gənclərin icra keçmişinə malik olan bir qrup inqilabçı müdirin, eləcə də məclis üzvlüyü keçmişinə malik olan bir qrup veteranın kənarında işitrakı, 11-ci çağırış məclisini çox yaxşı və ümidverici məclisə çevirib”, -deyə əlavə edib.

İqtisadi problemləri xəstəliyə bənzədən İslam İnqilabının lideri deyib ki, güclü bünövrəyə və müdafiə qüdrətinə görə, şübhəsiz, ölkə bu xəstəliyə qalib gəlmək qüdrətinə malikdir.

Ayətullahul Xamenei  həmçinin xalqın koronavirusun birinci dalğası ilə mübarizədəki vaxtlı və fədakarcasına iştirakı, zəif ailələrə mömincəsinə yardım hərəkatındakı olduqca dəyərli xidmətləri və general Süleymaninin son mənzilə yola salınması mərasimindəki əzəmətli və diqqət çəkən iştirakını İran xalqının dərin mənəvi gücünün nümunələri adlandırıb.

“Xalq milli və cihadi qüdrətin simvolunun, yəni şəhid Süleymaninin yad edilməsində göstərdi ki, zalım qüvvələrin qarşısında mübarizə və müqavimətə inanır.”, -deyə  İran İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR