Bakıda Şəhid General Polad Həşimov olmaqla bütün iyul şəhidlərinin adından aztəminatlı ailələrə yardım aksiyası təşkil edilib
Rasthaber xəbər verir ki, Azərbaycan paytaxtı Bakının Qaradağ rayonunda vətənsevər gənclər – “Zühur üçün” adlı aksiya çərçivəsində başda Şəhid General Polad Həşimov olmaqla bütün iyul şəhidlərinin adından aztəminatlı ailələrə yardım paylayıblar.
“Biz Bakıda “Zühur üçün” aztəminatlı ailələrə yardım birliyi tərəfindən, başda Şəhid General Polad Həşimov olmaqla iyul ayında şəhid olmuş zabit və əsgərlərimiz adından Sahil və Ümid qəsəbələrində 45 aztəminatlı ailəyə və kənar məntəqələrdə yaşayan 5 aztəminatlı ailəyə ərzaq yardımları payladıq. Bu addımla başda General şəhidimiz olmaqla, şəhidlərin xatirəsini gözəl aksiyalarda yad etmiş olduq. Gələcəkdə belə aksiyaları daha böyük həcmdə keçirmək planlarımız da var. Bir daha bütün şəhidlərimizə Allahdan rəhmət, döyüşən hərçbilərimizə qələbə və zəfər arzu edirik.”, -deyə İlkin Novruzov az.shafaqna.com-a münasibətində deyib.
İlkin Novruzov istəyən bütün yardımsevərlərin bu aksiyaya dəstək verə biləcəyini önə çəkərək “Bizim aksiyalarla bağlı foto və videoçəkilişlər sosial şəbəkələrdə var. Bizimlə əlaqə saxlayıb bu aksiyalara dəstək vermək üçün hər kəs azaddır. Allah Təala yardımsevər bütün vətəndaşlarımızdan razı olsun ki, aztəminatlı ailələrə dəstəklərini əsirgəmirlər.”, -deyə əlavə edib.