İslam İnqilabının Ali Rəhbəri bu gün (bazar ertəsi) səhər Ayətullah Behiştinin şəhadətinin ildönümü və məhkəmə sistemi günü münasibətilə ali məhkəmənin sədri və məsul şəxslərini qəbul edib
Rasthaber Azərbaycan xəbər verir ki, Ayətullah Xamenei bu görüşdə şəhid Ayətullah Behiştinin mütəfəkkir və nəzəriyyəçi bir alim, üstün və həqiqi inqilabçı, mömin, dindar və çox nüfuzlu bir şəxsiyyət olduğunu deyib.
“Şəhid Behişti İslam ədliyyə sisteminin yaradılması kimi böyük və çətin bir işin əsasını qoymaqla, habelə konstitusiyanın işlənib hazırlanmasında oynadığı rolla ölkənin və xalqın üzərində böyük bir haqq qoymuşdur. Bu haqq tanınmalı və əvəzi ödənməlidir”, -deyə o bildirib.
İnqilabın Rəhbəri münafiqlərin Ayətullah Behişti və təqribən 70 nəfərin şəhid eidlməsi ilə nəticələnən dəhşətli cinayətinə işarə edərək “Bu qatillər törətdikləri cinayəti açıq şəkildə etiraf ediblər. Ancaq bu gün Fransa və insan hüquqları iddiası ilə çıxış edən digər ölkələrin himayəsi altında azad şəkildə öz fəaliyyətlərini davam etdirirlər. Adam qərblilərin insan hüquqları iddiası ilə çıxış edə-edə bu terrorçulara tribuna verib onların dəstəklənməsində göstərdikləri həyasızlığa mat qalır”, -deyə əlavə edib.
Məsul şəxslərə və ölkə üzrə bütün məhkəmə orqanlarında çalışan şəxsi heyətə göstərdikləri fəaliyyətlərə görə təşəkkür edən Ayətullah Xamenei Rəisinin rəhbərlik etdiyi müddət ərzində göstərdiyi fəaliyyətin mücahid bir hərəkət olduğunu deyərək ona təşəkkürünü bildirdi: “Bu gecə-gündüz bilmədən böyük həvəslə göstərilən səy və təlaş Allahın lütfü ilə yaxşı nəticələr verdi”.