Şeyx Qeys əl-Xəzali İraq hökumətinə çağırış edib.
Az.rasthaber.com xəbər verir ki, İraqın Əsaib Əhli-Həq Hərəkatının baş katibi Şeyx Qeys əl-Xəzali Amerikanın Bağdadda gecə saatlarında həyata keçirdiyi terror aktına cavab olaraq İraq hökumətinə göndərdiyi mesajda bildirib ki, İraq hökuməti xarici qüvvələrin dərhal çıxarılması üçün Təhlükəsizlik Şurasına rəsmi müraciət etməlidir.
Şeyx Qeys əl-Xəzali mesajında deyib:
"İraq hökumətinin müsbət hərəkətlərinə və müqavimət qruplarını sakitləşdirmək əzminə baxmayaraq, Amerika təcavüzü davam edir. ABŞ-ın hücumlarının davam etməsi İraqın suverenliyinin pozulmasıdır və Amerikanın İraq hökumətinə və xalqına qarşı təhqir və nifrətinin sübutudur".
İraqın Əsaib Əhli-Haq Hərəkatının baş katibi Şeyx Qeys əl-Xəzali daha sonra bildirib:
“İraq xarici qüvvələrin dərhal ölkədən çıxarılması üçün Təhlükəsizlik Şurasına rəsmi müraciət etməlidir”.
İraq mənbələri ABŞ terror ordusuna aid pilotsuz uçuş aparatının Bağdadın şərqində mülki avtomobilə hücum etdiyini və nəticədə İraq Hizbullah Batalyonları Müqavimət Qrupunun yüksək səviyyəli komandirinin şəhid olduğunu bildirib.