Şeyx Naim Qasim: Biz sizi unutmayacağıq...

Şeyx Naim Qasim: Biz sizi unutmayacağıq...

"Bu gün bütün dünyanın azadlıq mübarizəsinə nümunə olan, nadir rast gəlinən tarixi, milli, ərəb və İslam liderini yola salırıq." - Hizbullah Lideri...

Rasthaber Azərbaycan xəbər verir ki, Livan Hizbullah Hərəkatının Baş Katibi Şeyx Naim Qasim, Şəhid Həsən Nəsrullah və Seyyid Haşim Safiyuddin üçün təşkil olunan dəfn mərasimində çıxış edib.

Çıxışına mərasimə qatılan qonaqlara və Livan xalqına “Xoş gəldiniz” deyərək başlayan Şeyx Naim Qasim vurğulayıb:

"Bu gün bütün dünyanın azadlıq mübarizəsinə nümunə olan, nadir rast gəlinən tarixi, milli, ərəb və İslam liderini yola salırıq."

 

Şəhid Həsən Nəsrullahın həyatı və mübarizəsi

 

Şeyx Naim Qasim bildirib ki, Şəhid Həsən Nəsrullahın dini inancı və iman yolu uşaqlıq illərində başlayıb. O, İmam Musa Sədr və Seyyid Abbas Musəvinin rəhbərliyi altında yetişib. Nəsrullah İraqda iki il qaldıqdan sonra Baalbekə qayıdaraq Seyyid Abbas Musəvinin elm məktəbində və İmam Musa Sədrin bayrağı altında fəaliyyətini davam etdirib.

Hizbullahın yaranışından etibarən bu təşkilatda mühüm fiqur olan Nəsrullah, ilk İcra Şurasının sədri olub. Daha sonra Seyyid Abbas Musəvinin şəhadətindən sonra Hizbullahın Baş Katibi vəzifəsinə gətirilib və şəhid olana qədər bu vəzifəni icra edib.

 

Fələstin davasına töhfəsi

 

Hizbullahın Baş Katibi vurğulayıb ki, Şəhid Nəsrullah müqavimətin  lideri olub və İslama, vilayət prinsipinə dərin bağlılıq nümayiş etdirib. Onun şəxsiyyəti sadə, təvazökar, müdrik və strateji düşüncəli olub.

"Müqavimətin lideri Seyyid Nəsrullahın baxışı Fələstin və Qüdsə yönəlmişdi. O, Fələstin məsələsinin yenidən dirçəlməsi üçün geniş iştirak təmin etmişdi."

Şeyx Naim Qasim bildirib ki, Şəhid Seyyid Həsən Nəsrullah mübarizə prosesini əməliyyat otağında şəxsən izləyib və nəhayət, bu yolda şəhid olub.

"Allah yolunda şəhid olanlar ölü deyillər, əksinə, onlar diridirlər."

 

Şəhid Nəsrullahın yolu davam edir

 

Şeyx Naim Qasim şəhidə müraciət edərək deyib:

"Biz sənin yolunu qoruyacağıq. Seyyid Abbas Musəvinin şəhadət ildönümündə söylədiyin kimi, evlərimiz dağılsa da, biz şəhid olsaq da, bu yolu qoruyacağıq. Livan xalqı da sənə beyət edir və bu yolda davam edəcəklərini iqrar edirlər."

İranın Ali Rəhbəri Ayətullah Xameneinin sözlərinə istinad edən Şeyx Qasim bildirib:

"Hizbullah misilsiz liderini itirib, lakin onun bərəkətləri və nailiyyətləri heç vaxt azalmayacaq."

 

Seyyid Haşim Safiyuddinin Hizbullahdakı rolu

 

Şeyx Naim Qasim həmçinin Hizbullahın keçmiş Baş Katibi Seyyid Haşim Safiyuddinin də yolunun davam edəcəyini vurğulayıb. O, Seyyid Safiyuddinin təhsilini müqəddəs Qum şəhərində aldığını və Livandakı mücahidlər ilə birlikdə mübarizəyə qatıldığını bildirib. 1991-ci ildə Cənubi Livanın rəhbəri olan Seyyid Safiyuddin, 1994-cü ildən etibarən Hizbullahın İcra Şurasının sədri olub. Şəhid olmadan əvvəl isə Seyyid Həsən Nəsrullahın yerinə Hizbullahın Baş Katibi vəzifəsini icra edib.

Şeyx Naim Qasim, Seyyid Həsən Nəsrullah və Seyyid Haşim Safiyuddinin qərargahına edilən hücumda şəhid olan digər insanları da yad edib, onların şəhadətini təbrik edib və başsağlığı verib.

Hizbullahın Baş Katibi bildirib ki, dirənişin davamı şəhidlərin gücündən qaynaqlanır. O, sionistlərin törətdiyi cinayətlərdən əziyyət çəkənlərə də toxunaraq, livanlı məhbuslara səslənib:

"Biz sizi unutmayacağıq."

Şeyx Naim Qasim vurğulayıb ki, Şeyh Seyyid Həsən Nəsrullah və Seyyid Haşim Safiyuddinin dəfn mərasimində xalqın iştirakı Livan tarixində görünməmiş bir hadisədir və bu, Livan xalqının sadiq və unikal bir millət olduğunu göstərir.

 

ABŞ və Sionist Rejimin Qəzzadəkı cinayətləri

 

Hizbullahın Qəzzəni müdafiə etməyə davam etdiyini bildirən Qasim, ABŞ və sionist rejimin Qəzzədə törətdiyi cinayətlərin misli görünməmiş olduğunu qeyd edib. O, düşmənin məqsədinin Fələstindən başlayaraq Livan, İraq və İrana qədər uzanan dirənişi bitirmək olduğunu, lakin dirənişin fədakarlığının da bənzərsiz olduğunu əlavə edib.

 

"75 Min Sionist Əsgər Müqavimətin qətiyyəti sayəsində sərhəddə qaldı"

 

Şeyx Naim Qasim bildirib ki, Hizbullah döyüşçüləri sərhəddə mövqe tutaraq 75 min sionist əsgərin Livan sərhədlərini keçməsinə imkan verməyib.

"Bizim mücahidlərimiz, qadınlarımız və uşaqlarımız düşmən hücumlarına qarşı dayandı. Livan xalqı heç vaxt məğlub olmayacaq, çünki onlar birləşərək mübarizə aparır və birlikdə beyət edirlər."

 

"ABŞ-ın Livan üzərində hökmlərinə icazə verməyəcəyik"

 

Şeyx Naim Qasim bəyan edib ki, ABŞ-ın Livan üzərində hökmranlığına icazə verməyəcəklər. O, sionistlərin və amerikalıların hərbi güclə nail ola bilmədiklərini siyasi yolla əldə etməyə çalışdıqlarını, lakin bunda da uğursuz olduqlarını bildirib.

 

Bəzi Livanlı Siyasi Qrupların İsrailin atəşkəsi pozmasına səssiz qalması

 

Şeyx Qasim bəzi Livanlı siyasi qrupları İsrailin atəşkəsi pozmasına susmaqda ittiham edib və deyib:

"Biz dağıntılar arasından çıxaraq İsraili atəşkəsə məcbur etdik. Livanlı qadınlar, silahsız halda İsrail tanklarına qarşı dayanaraq onları geri çəkilməyə vadar etdilər."

 

İran İslam İnqilabının Liderinə təşəkkür

 

Şeyx Naim Qasim çıxışının sonunda İran İslam İnqilabının lideri Ayətullah Xameneiyə təşəkkür edib və dəfn mərasiminə qatılan qonaqlara minnətdarlığını bildirib.

"Bu gün Livan üçün tarixi bir gündür."

Xəbəri paylaş

VİDEOLAR