Livan Hizbullahının baş katibinin müavini "Əsrin sazişi"nə münasibət bildirib
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Livan Hizbullahının baş katibinin müavini Şeyx Naim Qasim "əsrin sazişi" planının təqdim edilməsindən məqsədin Fələstin mövcudiyyətinə son qoymaq və İsrail rejimini legitimləşdirmək olduğunu vurğulayıb.
Şeyx Naim Qasim məsələ ilə bağlı "ABŞ-ın Yaxın Şərqdə olduğu müddətdə bu regionda gərginlik və qeyi-sabitlik hökm sürəcəkdir", - deyə bildirib.
ABŞ prezidenti Donald Tramp yanvarın 28-də Ağ Evdə Sionist rejimin baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında özünün "əsrin sazişi" planına əsasən Qüdsün Sionist rejimin paytaxtı olmasının rəsmən tanınması, İordan Vadisinin 30 faizinin İsrailə verilməsi, fələstinli qaçqınların öz ölkələrinə geri qayıtmaq hüquqlarınnın tanınmaması və Fələstinin tam tərksilah edilməsi bu biabırçı planın əsas müddəalarıdır.
Fələstində bütün hərəkat və qurumlar, eləcə də bəzi İslam ölkələrinin siyasi xadimləri "əsrin sövdələşməsi" planına qarşı çıxıblar.