Şeyx İsa Qasim əsrin sazişi planına etiraz etdi

Şeyx İsa Qasim əsrin sazişi planına etiraz etdi

Ayətullah Şeyx İsa Qasim Trampın “əsrin sazişi”nə etiraz edib.

Rasthaber Azərbaycan xəbər verir ki, Bəhreyndə öndə gələn Şiə din alimi Ayətullah Şeyx İsa Qasim Trampın “əsrin sazişi”nə etiraz edib.

O bununla bağlı açıqlama yayaraq Trampın “Əsrin sazişi” planını “Müsəlmanların kimliyini hədəf alan rüsvat və xain bir plan” adlandırıb.

Bəhreynli böyük din alimi həmçinin bu sazişin reallaşmasına mane olmaq üçün hər kəsin məsuliyyət daşıdığını bildirib.

Qeyd edək ki, bir neçə gün öncə Tramp Netanyahu ilə birlikdə Qüdsü İsrailə birləşdirilməsi,  Fələstinin böyük hissəsini sionistlərə verdiyini, qaçqın fələstinlilərin ölkələrinə qayıtmasına əngəl olunmasını ehtiva edən “Əsrin sazişi” adlı planını açıqlamış, bir çox müsəlman ölkə liderləri və təşkilatlar, həmçinin din alimləri buna etirazlarını açıqlamışdılar.

Xəbəri paylaş

VİDEOLAR