Şeyx Hamudi ABŞ Ordusuna: Uzatmadan çantalarınızı hazırlayın!

Şeyx Hamudi ABŞ Ordusuna: Uzatmadan çantalarınızı hazırlayın!

İraqın Ali İslam Şurasının sədri, İraq xalqının cümə günü keçirdikləri mitinqləri təqdirəlayiq adlandırıb

Rasthaber Azərbaycan xəbər verir ki, İraqın Ali İslam Şurasının sədri, İraq xalqının cümə günü ABŞ ordusunun ölkələrindən çəkilməsi tələbilə keçirilən etirazlara münasibət bildirib.

İraqın Ali İslam Şurasının sədri Şeyx Hamam Baqir Əbdülməcid Hamudi dünən keçirilən milyonluq etirazları təqdirəlayiq adlandıraraq “Sizlər milyonlara çatan varlığınızla ərəb və müsəlmanları dünyada qürurlandırdınız”, -deyə qeyd edib.

Hamudi İraq xalqının “yarımçıq suverenliyi” qəbul etməyəcəyini önə çəkərək cəsur İraq xalqının onların torpaqlarının suverenliyinə xələl gətirdiyinə görə, ABŞ Ordusunun İraqdakı  varlığını istəmədiyini önə çəkib.

 İraqın Ali İslam Şurasının sədri İraq xalqının heç vaxt yarımçıq torpaq bütünlüyünü qəbul etməyəcəyinə işarə edərək “Uzatmadan çantalarınızı hazırlayın.”, -deyə əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR