Seyyid Həsən Nəsrullah Livanın valyuta bazarındakı son tarazsızlığı Amerikanın Livana qarşı fitnəsi adlandırıb.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullah dünən Fələstin İslami Cihad Hərəkatının sabiq baş katibi Abdullah Şallahın vəfatı, həmçinin Hizbullah komandiri Hacı Əbu Əli Fərhadın şəhadəti münasibətilə Livanda və regiondakı son siyasi hadisələr və Amerikanın Suriyaya qarşı sanksiyaları barədə çıxış edib.
O 6-cı imam, Həzrəti Cəfər Sadiqin (ə) şəhadəti münasibətilə dünya müsəlmanlarına başsağlığı verib.
Daha sonra Seyid Nəsrullah Abdullah Şallah, həmçinin Hacı Əbu Əli Fərhad haqqında danışıb.
Livan Hizbullahının baş katibi daxili durum barədə bu ölkə hökumətinin istefası barədə yayılan xəbərləri əsassız və şayiə adlandırıb.
Livan Hizbullahının baş katibi bəzi etirazçıların bu partiyanın silahsızlaşdırılmasına dair tələbi yanlış bir tələb hesab etdiyini bildirib.
Nəsrullah Livandakı bəzi siyasi cərəyanların hərəkət tərzini tənqid edərək deyib: "Bu cərəyanların Hizbullahı silahsızlaşdırmaq məqsədilə tutduqları yolun heç bir faydası olmayacaq və yaxşı olardı ki, onlar bu kimi hərəkətlər yerinə, alternativ bir seçim təqdim etsinlər."
Seyyid Həsən Nəsrullah Livanın valyuta bazarındakı son tarazsızlığı Amerikanın Livana qarşı fitnəsi adlandırıb.
Nəsrullah sonra Livana qarşı son fitnəkarlıqda sionist rejimin əlinin olmasına işarə edərək "Amerikalılar Livandan və onun iqtisadiyyatından öz maraqlarının təmin olunması istiqamətində istifadə edirlər və bu addımlar məhz sionist rejimin təhlükəsizliyinin təmin edilməsi, onun dəniz və quru sərhədlərində sabitliyin yaradılması üçündür.", -deyə əlavə edib.
Livan Hizbullahının baş katibi Səudiyyə Ərəbistanının adının Yəmən uşaqlarının hüquqlarını pozan ölkələr siyahısından çıxarılmasına da işarə edib. O, deyib: BMT-nin baş katibi Antonio Quterreş biabırçı bir hərəkətdə Səud koalisiyasının adını bu siyahıdan çıxardı və onun Yəməndəki cinayətlərini unutdu.
Seyyid Həsən Nəsrullah öz çıxışının davamında bu gün, çərşənbə günündən icra olunması qərara alınmış Amerikanın Suriyaya iqtisadi sanksiyalar tətbiq etməsinə toxunub.
"Amerikanın Suriyaya qarşı sanksiyaları bu ölkənin xalqını hədəfə alır və bu kimi sanksiyaları tətbiq etməkdə məqsəd, Amerikanın vətəndaş müharibəsini, hərc-mərcliyi və çaxnaşmanı Suriyaya qaytarmaq üzrə səyidir.", -deyə o əlavə edib.