Seyid Nəsrullah: Süleymaninin yolunu gedəcəyik

Seyid Nəsrullah: Süleymaninin yolunu gedəcəyik

Livan Hizbullahının lideri Seyid Həsən Nəsrullah general Süleymaninin şəhid edilməsinə münasibət bildirib

Rasthaber Azərbaycan xəbər verir ki, Livan Hizbullahının lideri Seyid Həsən Nəsrullah İran İnqilab Keşikçiləri Korpusunun "Qüds" briqadasının komandiri general Qasim Süleymaninin şəhid edilməsinə münasibət bildirib.

Nəsrullah "Biz Şəhid Qasim Süleymaninin yolunu gedəcəyik. Onun bayrağını bütün sahələr ilə cəbhələrdə dalğalandırmaq, hədəflərinə çatmaq üçün gecə gündüz demədən fəaliyyətimizə davam edəcəyik.", -deyə qeyd edib.

Seyid Nəsrullah Amerikanın bu cinayət ilə hədəflərinin heç birinə çatmayacağını deyərək, bütün döyüşçülərin qatillərə cavab vermək məsuliyyətində olduğunu önə çəkib.

Nəsrullah dünyadakı bütün mücahidlərin dünyanın ən pislərindən qisas almasının onların əsas gündəmi olacağını da əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR