Seyid Nəsrullah: Süleymani təkcə komandan deyildi, siyasi məsələlərdən xəbardar biriydi

Seyid Nəsrullah: Süleymani təkcə komandan deyildi, siyasi məsələlərdən xəbardar biriydi

Seyid Nəsrullah müsahibəsində bildirib ki, Süleymaniyə görə, düşməndən qisas alınacaq

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Livan Hizbullahının baş katibi İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Hac Qasim Süleymaninin şəhadətinə həsr olunmuş eksklüziv müsahibədə verib.

O müsahibəsinin bir hissəsində "Şəhid Hacı Qasim Süleymani sərt və çətin günlərin adamı idi. O sırf hərbi komandan deyildi. O, bütün təhlükəsizlik və siyasi məsələlərdən də xəbərdar idi.", -deyə bildirib.

Hizbullah lideri sonra  deyib: "Hacı Qasimin məktəbi İslam İnqilabının böyük banisi İmam Xomeyni(r.ə)-in məktəbindən irəli gəlmişdi. Müqavimət qrupları mütləq şəkildə onun məktəbi, yolu və üslubunu var gücləri ilə davam etdirəcəklər."

Seyid Nəsrullah həmçinin deyib ki, Süleymani və Haşdi-Şabi təşkilatının rəis müavini Əl-Mühəndisin şəhadətləri müqavimət cəbhəsinin damarlarına yeri qan vurdu.

"Hər yerdə, o sıradan Fələstin, Livan, Suriya, İraq, Yəmən və Əfqanıstanda Hacı Qasimi tapmaq olar.", -deyə Hizbullah lideri vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR