Livan Hizbullahının lideri Livan Şiələri Ali İslam Məclisinin sədrinin vəfatı münasibətilə başsağlığı verib.
"Livan Şiələri Ali İslam Məclisinin mərhum sədri, İmam Mysa Sədrin yoluna və amallarına, onun hədəf və əməllərinə bağlı olan bir insan idi. Bu gün milli və İslami səviyyədə ali bir şəxsiyyəti itirdik, bu gün həssas bir dönəmdən keçirik. Elə bir həssas dönəm ki, vətənin hüzur sahilinə çatması istiqamətində həmrəylik və işbirliyi çağrısında olması üçün böyük liderlərə ehtiyac duyduğumuz bir mərhələdəyik.", - deyə Livan Hizbullah hərəkatının sədri Seyid Həsən Nəsrullahın mesajında bildirilir.
Qeyd edək ki, Şeyx Kabalan şənbə günü 85 yaşında vəfat edib.