Seyid Nəsrullah: İsraili heç vaxt tanımayacağıq

Seyid Nəsrullah: İsraili heç vaxt tanımayacağıq

"İşğalçı sionist rejimi heç vaxt tanpmayacağıq"

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Seyid Həsən Nəsrullah bu sözləri Aşura münasibətilə etdiyi çıxışda deyib. 

Seyid Həsən Nəsrullah çıxışının əvvəlində dünyada koronavirus infeksiyasının yayılmasına işarə edərək, bu ilki Aşura mərasimini kədərli adlandırıb. Hər il Hüseyn(ə) aşiqlərinin şövqlə əzadarlıq etdiyi küçələr bu gün koronavirusa görə boş qalıb. 

Livan Hizbullahının baş katibi daha sonra deyib: "Öz torpaqlarında, öz ölkələrində yaşamaq, izzət və müstəqilliyə malik olmaq haqqına sahib olmalıdırlar. Ölkələrinin təbii sərvətlərinin həqiqi sahibi olmalıdırlar. Amma, imperialist qüvvələr öz hakimiyyətlərini diktə və xalqların sərvətlərini qarət etmək istəyirlər". 

Yəmən böhranına işarə edən Hizbullah lideri deyib ki, 6 ildir ki, davam edən bu müharibənin başında Amerika dayanır.

"S.Ərəbistan və Birləşmiş Ərəb Əmirlikləri isə Amerikanın silahlarını alaraq, Yəmənə qarşı istifadə etmək üçün vasitədən başqa bir şey deyillər", -deyə o əlavə edib. 

Xəbəri paylaş

VİDEOLAR