Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah dünən gecə çıxış edib
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah dünən gecə mübarək Ramazan ayı münasibətilə etdiyi çıxışda bu bərəkətlə dolu ayı rəvayətlərə əsasən, səbir və təmkinlilik ayı adlandırıb.
Seyid Nəsrullah bildirib ki, səbirdən danışmaq, əslində mənəvi və ruhi əhval-ruhiyyədən danışmaq deməkdir.
"Səbr, Allah-Taalanın yanında ən böyük fəzilətlərdəndir. Allah səbirliləri sevir: Səbir, bütün yaşayışda cərəyan etməlidir və insan müsibət, xəstəlik, savaş, təcavüzkarla mübarizə və şəxsi həyatda səbirli olmalıdır. Qiyamət günündə səbrin böyük savabı var və Allah-Taala səbirlilərə behişti və böyük azadlığı müjdə verib", -deyə Hizbullah lideri bildirib.
Hizbullah lideri işğal və korrupsiya qarşısında səbrin caiz olmadığını da vurğulayıb.
Seyid Nəsrullah sözlərinin davamında deyib: "Səbrin bərəkətlərindən, ilahi hidayət, qələbə, elm, təhlükəsizlik, asayiş və hiddətin sönməsidir və səbirə malikolmama və hiddətin olması məğlubiyyət, ölkənin, cəmiyyətindağılmasına gətirib çıxarır."
Livan Hizbullahının baş katibi həmçinin bir may, fəhlə gününü təbrik edib.
Bildirib ki, siyasi məsələlər barədə gələn bazar ertəsi günü söhbət edəcək