"Tezliklə biz işğalçı amerikalı hərbçilərin regiondan çıxmalarının şahidi olacağıq."
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bu sözləri Haşdi Şabi təşkilatının hərbi komandirlərindən olan Camaləddin Əlsəğir Qasim Süleymani və Əbu Mehdi Əl-Mühəndisin sui-qəsdinin 100-cü günü münasibətilə Əl-Aləm telekanalı ilə müsahibədə deyib.
"İraq xalqının bütün təbəqələri bu şəhid komandanların şəhid olduqları andan bəri bir səslə amerikalı hərbçilərin qovulmalarını tələb edirlər. Bizim komandanları rəzillik və alçaqlıqla şəhid edən və İraqın suverenliyinə riayət etməyən işğalçı və qorxaq Amerika hökuməti ümid edirdi ki, İraq xalqı və regionun digər xalqlarını pis günə qoyacaq və Amerikanın axmaq prezidenti Tramp iddia etdi ki, Süleymanini öldürdükdən sonra dünya və Amerika daha əmin-aman olubdur. Lakin biz onlara deyirik ki, dünya siz qorxaqlar üçün daha çox qorxunc və dəhşətli bir yerə çevrilib və şəhid komandanlar sizə qarşı mübarizə üçün bizim yol işığımıza çevriliblər", -deyə Haşdi Şabi komandiri əlavə edib.
Camaləddin Əlsəğir ABŞ-a qalib gələcəyini qeyd edərək sözlərinə belə davam edib: "Biz amerikalı qüvvələrə deyirik ki, öz ölkənizə qayıdın, zira xalqınızın sizə ehtiyacı var. Digər xalqlar özləri öz vəziyyətlərinə görə məsuliyyət daşıyırlar. Biz bir daha cənab Seyyid Həsən Nəsrullahın sözlərini təkrar edirik ki, region ölkələrindən çıxmayacağınız təqdirdə, şaquli gəldiniz və üfüqi şəkildə qayıdacaqsınız. Tezliklə biz işğalçı amerikalı hərbçilərin regiondan çıxmalarının şahidi olacağıq."