Seyid Nəsrullah: ABŞ Livanda məqsədinə çatmayacaq

Seyid Nəsrullah: ABŞ Livanda məqsədinə çatmayacaq

"Amerika Livandakı hər cür xalq etirazından öz maraqları istiqamətində istifadə etməyə çalışır"

Rasthaber Azərbaycan İran mediasına istinadən bildirir ki, bu sözləri Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah deyib.

Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullah dünən axşam çıxışı zamanı bildirib ki, amerikalılar Livandakı xalq etirazlarının ilk günündən bu etirazların Hizbullaha qarşı olduğunu göstərməyə çalışıblar.

Seyid Nəsrulahın sözlərinə görə, sionist rejimin baş naziri Benyamin Netanyahu da Amerika kimi Livandakı aksiyaları Hizbullahı zəiflətmək üçün tarixi fürsət adlandırıb.

"Hizbullah Livanda Amerikanın və sionist rejimin fitnələrinin reallaşmasına mane olaraq, ABŞ və sionist rejimin bölgədəki maraqları üçün real bir təhdiddir.", -deyə Hizbullah lideri əlavə edib.

Livan Hizbullahının baş katibi bildirib ki, amerikalılar Livan, İraq və hətta Yəməndəki etirazlara İrana təzyiq üçün bir vasitə kimi baxır və etirazların formalaşdığı bütün ölkələrə müdaxilə edərək, onlardan sui-istifadə etməyə çalışırlar.

Xəbəri paylaş

VİDEOLAR