Yəmən Ənsarullah Hərəkatının lideri Əbdül-Məlik əl-Husi Tehranda İsmayıl Həniyyənin terror edilməsinə müqavimət oxunun cavabının “ağrılı” və “təsirli” olacağını bildirərək deyib.
Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, o deyib ki, “bu ağrılı cavabın planlaşdırılması gecikmənin səbəblərindən biridir”.
O, Fələstində baş verənlərlə bağlı açıqlamasının davamında bildirib ki, "İslam ümməti Fələstinə dəstək verməkdə öz insani, dini və əxlaqi məsuliyyətinə daha həssas olmalı və onu daha çox dərk etməlidir".
"Düşmən İsrail ABŞ-ın iştirakı və Qərbin dəstəyi ilə 321 gündür Qəzzə sakinlərinə qarşı əsrin cinayətini törədir", - o əlavə edib.
Seyid əl-Husi vurğulayıb ki, "düşmən İsrail rejimi komandir Həniyyənin terror edilməsinə İranın cavabını gözləyir və sionistlər cavabdan hədsiz qorxduqları üçün sığınacaqlara giriblər".