Ənsarullah lideri Beynəlxalq Qüds Günü münasibətilə “Müqavimətə Liderləri Birlikdə” adı ilə online canlı yayım proqramında çıxış edib
Rasthaber Azərbaycan xəbər verir ki, Beynəlxalq Qüds Günü münasibətilə “Müqavimətə Liderləri Birlikdə” adı ilə online canlı yayım proqramında Seyid Həsən Nəsrullah, Əbdülməlik Əl Husi, İsmayıl Haniyə, Şeyx İsa Qasim, Hacı Ziyad Nihalə, Şeyx Qeys əl Xəzəli, Əskaf Ataullah Hana, Əbdüllətif əl Həmim çıxış ediblər.
Yəmən Ənsarullah Hərəkatının lideri Seyid Əbdülməlik Əl Husi də online proqramda çıxışı zamanı Fələstinə tam dəstək verdiklərini açıqlayıb.
“Biz Yəmən xalqı Fələstin xalqını dəstəkləmə mövzusundakı duruşu vardır və bu dini, əxlaqi və insani vəzifədir.”, -deyə Əl Husi deyib.
Əl Husi daha sonra “Sionist düşmənin Qəzzadakı fələstinliləri mühasirə altında işlətdiyi cinayətlər günlük adi işlərə dönübdür. Yəmən xalqı müqaəddəs məkanlara və Məscidi Əqsaya yardım etmək mövzusunda Müqavimət Cəbhəsinin felən yanındadır.”, -deyə əlavə edib.
Yəmən Müqavimət lideri Səudiyyə rəsmilərinə çağırış edərək fələstinli məhbusları azad etməyə çağırıb.