İraqda "Qanun hökuməti" koalisiyasının sədri vurğulayıb ki, seçkilər beynəlxalq nəzarət altında və İraqın suverenliyinə zərbə vurulmadan keçirilməlidir.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir, İraqın keçmiş baş naziri Nuri Əl Maliki Rusiyanın Bağdaddakı səfiri Maksim Maksimov ilə görüüb.
Görüş zamanı o ölkəsindəki seçkilərdən danışıb.
"Hazırkı etap növbədənkənar seçkilərin keçirilməsinin şahidi olacaq və onun əcnəbilərin seçki prosesinə müdaxilələrindən və silah gücündən uzaq saxlanılması üçün münasib atmosfer yaradılmalıdır.", -deyə Nuri Əl Maliki bildirib.
Ölkəsinin İraqı himayə etdiyini bildirən Rusiya səfiri də onun iki ölkə arasında iqtisadi və mədəni əməkdaşlıqların genişləndirilməsi və bütün sahələrdə münasibətlərin gücləndirilməsinə olan təmayülünə təkid edib.
Qeyd edək ki, iki gün öncə İraqda "Milli Hikmət" hərəkatının lideri və Əliraqiyyun koalisiyasının sədri Seyid Əmmar Əl Həkim də Rusiyanın Bağdaddakı səfiri ilə görüşmüş, görüş zamanı demişdi ki, İraq seçkilərinə beynəlxalq nəzarət, detallara müdaxilə olmadan baş tutmalıdır.
İraqda növbədənkənar parlament seçkiləri oktyabrın 1o-u keçiriləcək.