26.12.2023 11:07:09
İran Prezidenti İbrahim Rəisi Türkiyəyə yanvarın 4-də səfər edə bilər.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” nəşri yazıb.
Nəşrin sözlərinə görə, hər hansı gözlənilməz hadisə baş verməsə, İran liderinin Türkiyə səfəri 4 yanvarda baş tutacaq.
Səfər çərçivəsində təşkil ediləcək görüşlərdə əsas müzakirə predmeti terrorla mübarizə tədbirləri olacaq.