Seyid İbrahim Rəisi Rafael Qrossini qəbul edib

Seyid İbrahim Rəisi Rafael Qrossini qəbul edib

İran prezidenti Seyid İbrahim Rəisi yüksək səviyyəli nümayəndə heyəti ilə Tehrana səfər edən Beynəlxalq Atom Enerjisi Agentliyinin prezidenti Rafael Qrossi ilə görüşüb.

Az.rasthaber.com xəbər verir ki, İran prezidenti Seyid İbrahim Rəisi yüksək səviyyəli nümayəndə heyəti ilə Tehrana səfər edən Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) prezidenti Rafael Qrossi ilə görüşüb.

Əməkdaşlığı ikitərəfli məsələ kimi xarakterizə edən prezident Rəisi deyib ki, agentliyin müstəqilliyi və İran xalqının hüquqlarının müdafiəsi əsasında əməkdaşlıq davam etdirilə bilər.

Qrossi, həmçinin MAQATE ilə əməkdaşlıq yolunu asanlaşdırmaq üçün görülən tədbirlərə dair ümumi gündəmə nail olmaqdan məmnunluğunu ifadə edib.

Xəbəri paylaş

VİDEOLAR