Seyid İbrahim Rəisi BMT Baş Assambleyasının iclasında iştirak edəcək

Seyid İbrahim Rəisi BMT Baş Assambleyasının iclasında iştirak edəcək

İran hökumətinin sözçüsü Əli Bahadiri Çəhromi İran prezidentinin Nyu-Yorkda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclasında iştirak edəcəyini bildirib.

Az.rasthaber.com "Mehr"ə istinadən xəbər verir ki, İran hökumətinin sözçüsü Əli Bahadıri Çəhromi mətbuata açıqlamasında gündəmdəki məsələləri dəyərləndirib.

Seyid İbrahim Rəisinin Nyu-Yorkda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclasına qatılıb-qatılmayacağı ilə bağlı suala, Çəhromi “Bunun üçün ilkin hazırlıqlar görülüb”, - deyə cavab verib.

Çəhromi İranın Əfqanıstanla su məsələsində gördüyü işlərə toxunaraq deyib:

"Danışıqlarda Əfqanıstan tərəfi razılaşma əsasında İranın haqqını tanıyır. İran da bəzi mövcud texniki problemləri ciddi şəkildə izləyir".

Çəhromi bildirib ki, İranın energetika naziri su məsələsini müzakirə etmək üçün yaxın vaxtlarda Əfqanıstana səfər edəcək.

Xəbəri paylaş

VİDEOLAR