Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah dünən axşam saatlarında çıxış edib.
Az.rasthaber.com xəbər verir ki, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah dünənki çıxışında, bölgədə və Livanda baş verən hadisələri dəyərləndirib.
Nəsrullah Livanın iqtisadi durumu ilə bağlı "Doğrudur, Livanda iqtisadi problem var, lakin təkcə Livan deyil, dünyanın bir çox ölkəsi də iqtisadi çöküş ərəfəsindədir", - deyə qeyd edib.
Hizbullahın baş katibi sözlərinə belə davam edib:
"Bəzilərinin Livanın iqtisadi blokadasının olmamasından danışması təəssüf doğurur. Blokada təkcə Livan sahillərinə hərbi gəmilərin yerləşdirilməsi demək deyil, Amerika hökumətinin Livanın suverenliyinə münasibəti bunu sübut etmək üçün kifayətdir".
Nəsrullah bildirib ki, Rusiya ilə Ukrayna arasındakı müharibə və Çin və ABŞ arasındakı münaqişə beynəlxalq vəziyyətdə sabitliyin olmadığını göstərir.