Livan Hizbullahının baş katibi İran prezident seçkilərində qalib gəlməsi münasibətilə Seyid İbrahim Rəisini təbrik edib.
Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən, Seyid Həsən Nəsrullah İranın həssas tarixinin bu mərhələsində Ayətullah Rəisinin prezident seçilməsi və böyük qələbə qazanmasını təbrik edib.
Nəsrullah bildirib ki, Ayətullah Rəisinin qələbəsi İran xalqının və region xalqlarının problemlərlə mübarizə qüdrətinə və gələcəyə olan ümidinə can verdi.
Livan Hizbullahının baş katibi, Ayətullah Rəisiyə xitabən deyib ki, azadələr və müqavimət döyüşçüləri sizi təcavüzkarlar ilə mübarizədə güclü dayaq və qala hesab edirlər.