Hizbullah lideri Seyid Həsən Nəsrullah HAMAS nümayəndə heyətini qəbul edib.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Livan KİV məlumat yayıb.
Məlumata əsasən, HAMAS nümayəndə heyətinə Siyasi Büro üzvü Xəlil əl-Həyya başçılıq edib.
Tərəflər arasında İsrail rejimi ilə - HAMAS razılaşması üzrə danışıqlar prosesi, həmçinin Qəzza zolağı və İordan çayının qərb sahilindəki vəziyyət müzakirə edilib.