Livan Hizbullah Hərəkatının Baş katibi bu günkü (çərşənbə) çıxışında oktyabrın 8-dən etibarən böyük qarşıdurma ilə üz-üzə olduqlarını, həmçinin İsrailə canlı və maddi ziyan vurmağa davam edəcəklərini vurğulayaraq deyib: “Bu səbəbdən onlar Livan və Qəzzə cəbhələrini ayırmağa çalışırlar.”
Az.ratshaber.com xəbər verir ki, Seyid Həsən Nəsrullah çıxışının əvvəlində Hizbullahın cihad komandirinin şəhadəti ilə bağlı başsağlığı verən bütün tərəflərə və ölkələrə təşəkkür edib, onların bu rəğbət ifadəsini yüksək qiymətləndirib, həmçinin Qüds Yolu şəhidlərinin ailələrinə başsağlığı verib.
Hizbullah lideri bildirib: “Livan cəbhəsindəki döyüş çox mühüm rol oynadı, düşmənə maddi, mənəvi və psixoloji ziyan vurdu. Müqavimətin son terror hücumlarına reaksiyası çox əhəmiyyətli və böyük oldu.”
Hərəkat rəhbəri çıxışının davamında deyib: “Hizbullah komandirlərinin və döyüşçülərinin terror edilməsi və şəhadəti bizim yolumuza davam etmək əzmini artırır. Həmin fədakarlıqlar sayəsində biz bu gün İsrailə qarşı mübarizəni davam etdirməyə daha əzmkarıq.”
“Oktyabrın 8-dən bəri böyük qarşıdurma ilə üz-üzəyik və biz İsraili maddi və canlı itkilərə məruz qoymaqda davam edirik. Bununla bağlı, Hüdhüd pilotsuz təyyarəsinin etdiklərini düşmənə xatırladırıq. Livana dəstək cəbhəsinin İsrailə qarşı döyüş prosesində böyük təsiri var. Bu səbəbdən Livan və Qəzzə cəbhələrini ayırmağa çalışırlar”- deyə, Seyid Həsən Nəsrullah əlavə edib.