Sergey Lavrov Tehranda Seyid İbrahim Rəisi ilə görüşüb

Sergey Lavrov Tehranda Seyid İbrahim Rəisi ilə görüşüb

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov İranda rəsmi səfərdədir. O ötən gün axşam İbrahim Rəisi ilə görüşüb.

Rəisi Rusiya xarici işlər nazirinin ölkəsinin İran İslam Respublikası ilə iqtisadi əməkdaşlığı haqda hesabatını dinləyəndən sonra deyib: Əməkdaşlıq və koordinasiyanın gücləndirilməsi ABŞ-ın müstəqil ölkələrə qarşı sanksiyalarına qarşı çıxmaq üçün təsirli yoldur.
Rusiya xarici işlər nazirinin Ukraynadakı son vəziyyətlə bağlı ətraflı məruzəsindən sonra İbrahim Rəisi müharibənin tez bir zamanda dayandırılmasının vacibliyini və İran İslam Respublikasının bu mövzuda diplomatik həll yolunun tapılmasına kömək etməyə hazır olduğunu vurğulayıb.
“Şəksiz  ABŞ və NATO bu münaqişələrin baş verməsində mühüm rol oynamışdır”, deyə o əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR