Separatçıların başçısından etiraflar: Şuşanı çoxdan itirmişdik

Separatçıların başçısından etiraflar: Şuşanı çoxdan itirmişdik

Terrorçuların başçısı Araik Arutunyan bir çox şeyi etiraf edib.

Az.rasthaber.com “Gazeta”-ya istinadən xəbər verir ki, Azərbaycanın işğal edilmiş torpaqlarında qurulmuş qondarma Dağlıq Qarabağ rejiminin “prezidenti” Araik Arutunyan Şuşa ilə bağlı etiraf səsləndirib.

Biz şəhər üzərində nəzarəti 5 noyabrda qismən, 7 noyabrdan isə tamamilə itirmişik. Biz Qarabağ müharibəsinin bitməsi qərarına getmək məcburiyyətindəyik”, - deyə sepatçıların başçısı qeyd edib.

Onun sözlərinə görə, bu dövr ərzində onlar Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Hadrut rayonlarını tam və Xocavənd və Əsgəranın bir hissəsini əldən verib.

Arutunyan döyüşlərin artıq Xankəndinin girəcəyində getdiyini də əlavə edib.

Əgər döyüşlər davam etsə idi, biz bir neçə gün ərzində bütün Arsaxı (Dağlıq Qarabağı) itirəcəkdik, daha çox itkimiz olacaqdı”, - deyə o bildirib və təkcə 9 noyabrda Xocavənd istiqamətində olduqca böyük sayda itki verdiklərini vurğulayıb.

Qondarma rejim başçısı nəticələrə görə hər kəsin istinasız olaraq məsuliyyət daşıyacağını da əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR