SEPAH terrorçulara qarşı əməliyyatların yeni mərhələsinə başlayıb

SEPAH terrorçulara qarşı əməliyyatların yeni mərhələsinə başlayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın quru qoşunlarının İraq Küedüstanında terrorçu qruplaşmaların mövqelərinə qarşı əməliyyatların yeni mərhələsinə başlayıb.

Az.rasthaber.com xəbər verir ki, sentyabrın 24-də də SEPAH-ın quru qoşunları İraqın şimalında yerləşən terror qruplaşmalarının son hərəkətlərinə cavab olaraq, bu terror qruplaşmalarının qərargahı və yerləşdiyi məkanlara qarşı hücumlar həyata keçirib.

SEPAH-ın quru qoşunlarının Həmzeyi Seyidüş-Şühəda bazasına aid bölmələri İraq Kürdüstanında yerləşən terror qruplaşmalarının mövqelərinə artilleriya və pilotsuz uçuş aparatlarından hücumları bərpa edib.

SEPAH bu əməliyyatda artilleriya bölmələri və pilotsuz təyyarələrdən istifadə etməklə terrorçu qrupların mövqelərini hədəfə alır.

Bu hücumlarda terror qruplaşmalarının toplanma qərargahları, təlim və əməliyyat mərkəzlərini məhv etmək üçün ağıllı və dəqiq silahlardan istifadə edilib.

Xəbəri paylaş

VİDEOLAR