İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın sözçüsü İran silahlı qüvvələrinin imkanlarına toxunaraq, deyib ki, bu gün düşmən İranı təhdid etməyə cürət etmir.
Az.rasthaber.com xəbər verir ki, briqada generalı Ramazan Şərif qeyd edib ki, düşmənlər SEPAH-ın və İranın digər silahlı qüvvələrinin qarşısında acizlik və uğursuzluq səbəbindən yalnız bu xalqdan olan və inqilabçı quruma qarşı təhriklərə əl atıblar.
General Ramazan Şərif əlavə edib: "İnqilab və İslam quruluşunun düşmənləri İran millətinə təzyiq göstərmək üçün əllərində olan bütün təzyiq vasitələrindən istifadə etdiklərini, lakin istədikləri nəticəni əldə edə bilmədiklərini etiraf edirlər.