SEPAH-ın Hava-kosmos Qüvvələrinin komandanı: Bir şəxsin tələsik qərarı faciəyə səbəb oldu

SEPAH-ın Hava-kosmos Qüvvələrinin komandanı:  Bir şəxsin tələsik qərarı faciəyə səbəb oldu

İslam İnqilabı keşikçiləri Korpusunun Hava-kosmos Qüvvələrinin komandanı Ukrayna təyyarəsilə bağlı açıqlaması

İslam İnqilabı keşikçiləri Korpusunun Hava-kosmos Qüvvələrinin komandanı general Əmir Əli Hacızadə  Ukrayna sərnişin təyyarəsilə bağlı  açıqlama verib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, genera bu hadisə ninAmerikanın regiondakı fitnə və iltihabı ilə əlaqələndirib.

İslam İnqilabı keşikçiləri Korpusunun Hava-kosmos Qüvvələrinin komandanı briqada general pasdar Əmi Əli Hacızadə deyib: "Amerika rejiminin təhdilərinə və çox sayda düşmən təyyarəsinin İran ətrafındakı uçuşlarının artmasına görə, İran İslam Respublikasının Silahlı Qüvvələri tam hazır vəziyyətdə idi ki, təəssüflə, bir şəxsin tələsik qərarı vasitəsilə bu hadisə baş verdi."

"Amerikalılar təhdid emtişdilər ki, İranın 52 nöqtəsini vuracaqlar və təbiidir ki, Tehranda yerləşən hava hücumundan müdafiə sistemləri tam hazır vəziyyətdə idilər.", -deyə Hacızadə əlavə edib.

İslam İnqilabı keşikçiləri Korpusunun Hava-kosmos Qüvvələrinin komandanı bildirib ki, bu hadisə barədə araşdırma və dəyərləndirmələri daha yuxarı qərargahlar və İranın məhkəmə hakimiyyəti məcmuəsi aparır.

General sözlərinin davamında "İranın Aviasiya Təşkilatının təyyarəyə raketin dəyməsi sahəsində təcrübəsi yox idi və bu qənaətdə idi ki, əgər təyyarəyə raket dəysə, təyyarə yüksəklikdə məhv olmalıdır, amma bu təyyarə yerə enərkən dağılıbdır.", -deyə qeyd edib.

General Hacızadə vurğulayıb ki, İran İslam Respublikası Silahlı Qüvvələrinin məsələni gizlətmək niyyəti olmayıb. O, bu hadisədə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.

Xəbəri paylaş

VİDEOLAR