Mitt Romney və Catherine Cortez Masto adlı senatorlar Suriya ilə bağlı ABŞ Müdafiı nazirliyinə məktub yazıblar
Rasthaber Azərbaycan xəbər verir ki, respublikaçı Utah senatoru Mitt Romney və demokrat Nevada senatoru Catherine Cortez Masto ABŞ Müdafiə nazirliyindən ölkələrinin Suriyadakı vəzifəsinə aydınlıq gətirilmçəsini tələb ediblər.
Pentaqonun yüksək rütbəli məsullarına göndərilən məktubda İslam İnqilabının Keşikçilər Korpusunun Qüds güclərinin komandanı Qasim Süleymaninin sui-qəsdindən sonra ABŞ – İran xəttində gərgiliyə işarə edilərkən, Vaşinqtonun Suriya strategiyası haqqında suallara cavab verilməsi tələb edilib.
Senatorlar məktubda “Bu an Suriyada xidmət edən ABŞ hərbçilərinin vəzifəsinin nə olduğu haqqında daha çox məlumatlandırma edilsə minnətdar olarıq” ifadəsi istifadə edilərək hökümətin bu ana qədər “sabit və ardıcıl” strategiya hazırlamadığı önə çəkiblər.
Oktyabr ayında Türkiyənin Suriyanın şimalında “Barış Pinarı Hərəkatı”nın başlamasından sonra ABŞ prezidenti Tramp 2011-dən bu günə qədər vətəndaş müharəbəsi yaşanan ölkədən bütün hərbçilərini çəkəcəyini açıqlamışdı. Vaşinqton daha sonra ifadə dəyişdirərək Suriyada bəzi bazalarda bir neçə yüz hərbçi saxlanılacaığını bildirmişdi.
Senatorlar, Pentaqondakı rəsmilərə bu hərbçi sayının daha öncə Vaşinqtonun açıqladığı kimi “İŞİD-in təkrar güclənməsinə mane olmaq və neft yataqlarını mühafizə etmək üçün” kifayət edib etmədiyini soruşublar.
ABŞ-ın Süleymaniyə qarşı İraqdakı sui-qəsdindən sonra Bağdad reaksiya göstərmiş və ABŞ hərbçilərinin ölkədən çıxarılmasını tələb etmişdi.
Romney və Masto bu durumu da gündəmə gətirib “Əgər İraqdakı hərbçilər çıxarılarsa, ABŞ hərbçiləri Suriyadakı xidmətinə davam edə biləcəklərmi?”, -deyə sual veriblər.