Senatda Trampın impiçment məhkəməsinin yeni mərhələsi

Senatda Trampın impiçment məhkəməsinin yeni mərhələsi

Dünən Amerika senatında bu ölkə prezidenti Donald Trampın impiçmenti məhkəməsinin yeni etapı başlanıb.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, dünən Amerika senatında bu ölkə prezidenti Donald Trampın impiçmenti məhkəməsinin yeni etapı başlanıb.

Trampın impiçmenti məhkəməsinin “sual-cavab” mərhələsinə daxil olduğunu bildirən Amerikanın NBC informasiya kanalı qeyd edib ki, senatın üzvləri qarşıdakı iki gün ərzində Trampın impiçmenti üzrə məsul şəxslərdən, həmçinin Ağ Ev-in vəkillər kollegiyasından sorğu-sual etmək üçün bütövlükdə 16 saatlıq fürsətə malik olacaqlar.

Suallar yazılı şəkildə Amerika ali məhkəməsinin sədri Con Robertə təqdim olunacaq və o sualları səsləndirəcək.

Şahidlərin şəhadət vermək üçün məhkəmə iclasına gəlib-gəlməmələri barədə senat üzvləri arasında fikir ayrılığı mövcuddur. Bu ixtilafın çərşənbəgünkü iclasda aradan qaldırılacağı mümkünsüz görünür.

Amerika senatında bu ölkə prezidenti Donald Trampın impiçmenti məhkəməsi ötən həftənin çərşənbə axaşmı günü başlanıb.

ABŞ konqresinin nümayəndələr palatası Trampın impiçmenti üzrə layihələrin ABŞ senatına göndərilməsini yanvarın 15-də qəbul etmişdi.

Trampın impiçmenti prosesi onun Ukrayna prezidenti ilə telefon söhbətinin ifşa olunmasından sonra başlandı.

Tramp ötən ilin iyul ayının sonlarında ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon əlaqəsində ondan istəmişdi ki, 2020-ci il prezident seçkilərində onun əsas rəqibi olacaq demokrat namizəd Co Baydenin imicini poza biləcək məlumatlar təqdim etsin.

Xəbəri paylaş

VİDEOLAR