Ayətullah Xamenei 18-iyun seçkilərində İran millətinin iştirakını yüksək dəyərləndirib.
Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən, İran İslam İnqilabının Rəhbəri Ayətullahül Xamenei şənbə günü İran xalqının 18 iyun seçkilərində möhtəşəm iştirakı münasibətilə etdiyi müraciətdə, seçkilərin ən böyük qalibinin İran xalqı olduğunu bildirib.
Ayətullah Xamenei qeyd edib ki, nə məişət çətinliklərindən şikayətlənmələr, nə xalqı ruhdan salmaq üçün qarşı çıxmalar, nə də pandemiya xəstəliyinin təhlükəsi və səsvermənin ilkin saatlarında bəzi pozuntular İran xalqının iradəsinə qalib gələ bilib.
Ayətullah Xamenei sonra deyib: "18 İyun seçkilərindəki epik və həyəcanverici iştirakınız, şərəflərinizə daha bir parlaq səhifə əlavə etdi. Dünənki seçkilərin ən böyük qalibi bir daha İran xalqı oldu. Hansı ki, düşmənin muzdlu mediasının təbliğatı və pis niyyətli və xam düşüncəli insanların vəsvəsələri qarşısında dayandı və ölkənin siyasi meydanının ortasında olduğunu göstərdi. Allah Təalaya İran xalqına əta etdiyi müvəffəqiyyətə, həmçinin İrana və İslam Respublikasına göstərdiyi mərhəmətə görə, sonsuz təşəkkür edirəm və İran xalqını təbrik edirəm".
"Ölkəyə və millətə xidmət etmək fürsətini qiymətləndirin və İlahi motivləri daima göz önündə saxlayın", -deyə İslam İnqilabının rəhbəri bildirib.