Suriya Prezidenti Bəşər Əsəd bu gün and içib
Rasthaber Azərbaycan xəbər verir ki, bu gün Suriyada keçirilən prezident seçkilərində qalib gəlmiş Bəşər Əsəd and içib.
O 13 540 860 səs və ya seçicilərin 95,1% faizini toplamışdı.
Suriyada keçirilən prezident seçkilərində ölkə içi və xaricində ümumilikdə 14 239 140 seçici səsvermədə iştirak etmişdi.
Ümumilikdə seçicilərinin 78,64 faizi seçkilərə qatılmışdı.
Andiçmədən öncə Əsəd deyib: "İlk öncə mən vətənini bütün hallarda qoruyan vətəndaşları salamlayıram."
"Müstəmləkəçilərin planlarından asılı olmayaraq hüquqlarını qorumaq əzmini itirməyəcəyini göstərməklə şüurunuzu və milli kimliyinizi nümayiş etdirdiniz. Vətənimizi yandıracaq bir xaos istədilər və milli birlik sayəsində ölkəmizə qarşı yönəlmiş bütün layihələrin qarşısını aldınız.", -deyə Bəşər Əsəd əlavə edib.
Əsəd bildirib ki, şüurlarını başqalarına uyğunlaşdırmayan bir xalq olduğumuzu sübut etdik, mədəni xalqlar virtual deyil, gerçək bir gerçəklik içində yaşayır və tələyə düşmürlər.