Seçki başa çatdı - ABŞ-ın exit-poll siyahısı

Seçki başa çatdı - ABŞ-ın exit-poll siyahısı

Bu gün Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb

 APA-nın məlumatına görə, saat 08.00-da startı verilən səsvermə saat 19.00-da yekunlaşıb. Saat 19.00-da seçki məntəqələri bağlanıb və səslərin sayılmasına başlanılıb. 

Seçkilər 125 dairəni, ümumilikdə 5573 seçki məntəqəsini əhatə edib, 1000 məntəqədə (ümumi məntəqələrin 18 faizi) veb-kameralar quraşdırılıb.

5 329 460 seçicinin səsvermə hüququndan istifadə etmək imkanı olub. Səsvermə üçün 5 387 600 bülleten çap edilib. Seçkilərdə 19 siyasi partiyanın nümayəndələri namizəd kimi qeydə alınıb.

Parlament seçkilərini izləmək üçün 77790 yerli, 883 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.

Milli Məclisdə 125 deputat mandatı uğrunda 1314 namizəd mübarizə aparıb. Deputatlığa namizədlərin 79 faizi kişi, 21 faizi qadındır.

ABŞ-ın “Artur J.Finkelstein and Associates” təşkilatı Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərlə bağlı apardıqları "exit-poll"un nəticələrini açıqlayıb.

"Report" xəbər verir ki, şirkətin vitse-prezidenti Corc Börnbaun bunun Azərbaycanda keçirdikləri sayca 5-ci "exit poll" olduğunu deyib.

O bildirib ki, sorğular 1053 seçki məntəqəsində aparılıb: "Nəticələr 47 sahə nəzarətçisinə artıq təqdim edilib. Nəticələr Nyu-Yorkdakı ofisimizə çatdırılıb. Gün ərzində 76 min müsahibə aparılıb. Hər məntəqə üzrə təxminən 640-650 sayda müsahibə düşüb".

C.Börnbaun deyib ki, bunun rəsmi nəticələrdən cüzi fərqi ola bilər.

Şirkətin sorğusunun nəticələrinə görə, hakim Yeni Azərbaycan Partiyası Milli Məclisdə 69 yer qazanıb. Parlamentə seçilən deputatların 41-i müstəqil şəxslərdir. 

Vətəndaş Həmrəyliyi Partiyası 3, Azərbaycan Demokratik İslahatlar Partiyası 1, Böyük Quruluş Partiyası 1, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 1, Azərbaycan Demokratik Maarifçilik Partiyası 1, Vəhdət Partiyası 1, Vətəndaş Birliyi Partiyası 1 mandat qazanıb.  

"Exit-poll" Naxçıvandakı 7 dairə istisna olmaqla 118 seçki dairəsində aparılıb.

"Exit-poll"un nəticələrinə əsasən lider namizədləri təqdim edirik: 

Seçki dairəsi Namizəd     AJF&Associates İnc.(ABŞ)  
8 Binəqədi birinci Quliyev Azay     46,2 %  
9 Binəqədi ikinci Qafarov Kəmaləddin     62,7 %  
10 Binəqədi üçüncü Musayev Madər     58,1%  
11 Qaradağ seçki Hüseynov Aydın     57,4%  
12 Qaradağ-Binəqədi-Yasamal Xasiyeva Səbinə     50,9%  
13 Xəzər-Pirallahı Əliyev Rauf     46,9%  
14 Xəzər Məmmədov Soltan     52,6%  
15 Yasamal birinci Quliyev Ülvi     47,1%  
16 Yasamal ikinci Qədirli Erkin     40,8%  
17 Yasamal üçüncü Allahverdiyev Elnur     56,9%  
18 Nərimanov-Nizami Musabəyov Rasim     40,9%  
19 Nərimanov birinci Məmmədov Hikmət     45,7%  
20 Nərimanov ikinci Əliyev Adil     60,9%  
21 Nəsimi birinci İbrahimqızı Məlahət     61,1%  
22 Nəsimi ikinci Mollazadə Asim     47,1%  
23 Nəsimi-Səbail Səmədzadə Ziyad     49,0%  
24 Nizami birinci Nurullayeva Könül     42,3%  
25 Nizami ikinci Vəliyeva Sədaqət     62,1%  
26 Sabunçu birinci Fazil Mustafa     45,7%  
27 Sabunçu ikinci Salahzadə Əliabbas     57,1%  
28 Sabunçu üçüncü Quliyev Eldar     41,8%  
29 Səbail Nigar Arpadarai     42,5%  
30 Suraxanı birinci Fətəliyeva Sevinc     60,9%  
31 Suraxanı ikinci Əliyev Etibar     41,7%  
32 Suraxanı üçüncü Həsənova Afət     64,1%  
33 Xətai birinci Mirələmov Hüseynbala     57,1%  
34 Xətai ikinci Zabelin Mixail     47,3%  
35 Xətai üçüncü Abbasov Rauf Arif     41,8%  
36 Xətai dördüncü Həsənquliyev Qüdrət     42,9%  
37 Nizami birinci (Gəncə) Kərimzadə Pərvin     44,0%  
38 Nizami ikinci (Gəncə Həmzəyev Naqif     45,2%  
39 Kəpəz bicini (Gəncə) Cəfərov Müşfiq     46,4%  
40 Kəpəz ikinci (Gəncə) Quliyev Musa     41,3%  
41 Sumqayıt birinci Hüseynova Hicran     52,1%  
42 Sumqayıt ikinci Mirkişili Tahir     54,0%  
43 Sumqayıt üçüncü Hacıyev Emin     53,8%  
44 Sumqayıt-Xızı Məmmədli Müşfiq     54,1%  
45 Abşeron Əsədov Oqtay     63,8%  
46 Şirvan İltizam Yusifov     49,8%  
47 Mingəçevir Mirzəzadə Aydın     51,1%  
48 Yevlax Məmmədli İlham     52,0%  
49 Yevlax-Mingəçevir Hüseynli Əli     57,5%  
50 Abşeron-Qobustan Şahin Seyidzadə     43,1%  
51 Qusar Badamov Azər     52,7%  
52 Quba Əhmədov Vahid     41,5%  
53 Quba-Qusar Rafailov Anatoliy     43,0%  
54 Şaban-Siyəzən Qurbanov Sadiq Haqverdi     50,5%  
55 Xaçmaz şəhər Səlimov Eldəniz Adil     57,9%  
56 Xaçmaz kənd Mikayılova Sevil Əlirazi     44,4%  
57 Kürdəmir Ağazadə Əminə     50,8%  
58 Hacıqabul-Kürdəmir Hüseynov Rəfael     52,2%  
59 Salyan Əhmədova Jalə     59,2%  
60 Salyan-Neftçala Ağamalı Fəzail     49,3%  
61 Neftçala Rüstəmxanlı Sabir     40,8%  
62 Saatlı Ələkbərov Əziz     43,1%  
63 Sabirabad birinci Cəfərov Kamal     50,9%  
64 Sabirabad ikinci Məmmədov Ramin     54.0%  
65 Saatlı-Sabirabad-Kürdəmir Əmiraslanov Əhliman     64,5%  
66 Biləsuvar Məhərrəmov Bəhruz     52,0%  
67 Cəlilabad şəhər Malik Həsənov     62,2%  
68 Cəlilabad kənd Nəsirov Elman     52,2%  
69 Cəlilabad-Masallı-Biləsuvar İbrahimli Fəzail     50,2%  
70 Masallı şəhər Məmmədov Məşhur     64.0%  
71 Masallı kənd İsgəndərov Anar     61,2%  
72 Yardımlı-Masallı Qasımlı Musa     51,2%  
73 Lənkəran şəhər Quliyev Rüfət     54,1%  
74 Lənkəran kənd Rəcəbli Hadı     53,5%  
75 Lənkəran-Masallı Paşazadə Cavanşir     58,6%  
76 Lənkəran-Astara Əsgərov Ziyafət     61,2%  
77 Astara Mahmudov Rəşad     61,2%  
78 Lerik Məmmədov İqbal     42,0%  
79 İmişli Nurullayev Razi     48,3%  
80 İmişli-Beyləqan Qənizadə Çingiz     50,6%  
81 Beyləqan İsmayılov Şahin     63,3%  
82 Ağcabədi Rzayev Tahir     60,5%  
83 Ağcabədi –Füzuli Abbasov Aqil     60,0%  
84 Füzuli Bayramov Vüqar     56,7%  
85 Şamaxı Tamam Cəfərova     49,8%  
86 İsmayıllı Novruzəli Aslanov     52,8%  
87 Ağsu-İsmayıllı Kərimli Tahir     50,8%  
88 Göyçay Hacıyev Sabir     54,1%  
89 Göyçay-Ağdaş Əfəndiyev Məzahir     49,8%  
90 Ağdaş Osmanov Cavid     60,9%  
91 Ucar Həsənov Ramil     51,9%  
92 Zərdab-Ucar Əliyeva Jalə     52,9%  
93 Bərdə şəhər Yıldırım Fatma     59,9%  
94 Bərdə kənd Oruc Zahid     60,4%  
95 Tərtər Alıyev Sahib     41,2%  
96 Goranboy-Naftalan Məmmədov Anar     59,8%  
97 Goranboy-Ağdam-Tərtər Vəliyev Ağalar     66,3%  
98 Şəmkir şəhər Sahibə Qafarova     62,2%  
99 Şəmkir kənd Həsənov Nurlan     62,7%  
100 Şəmkir-Daşkəsən Bayramov Kamran     63,8%  
101 Göygöl-Daşkəsən Mirbəşir Elşad     43,1%  
102 Samux-Şəmkir Səfərov Nizami     63,3%  
103 Gədəbəy Hüseynova Sevinc     61,1%  
104 Gədəbəy-Tovuz Nağıyev Arzu     50,2%  
105 Tovuz Paşayeva Qənirə     57,3%  
106 Tovuz-Qazax-Ağstafa Ağayevə Ülviyyə     51,1%  
107 Qazax Seyidov Səməd     64,1%  
108 Ağstafa Cəfərov Nizami     63,1%  
109 Balakən Məhəməliyev Nəsib     60,5%  
110 Zaqatala Musayev Elşən     49,5%  
111 Zaqatala-Balakən Əliyeva Kamilə     50,7%  
112 Qax Kərimli Azər     51,7%  
113 Şəki şəhər İsgəndərov Vüqar     54,9%  
114 Şəki kənd birinci Əli Məsimli     51,2%  
115 Şəki kənd ikinci Feyziyev Cavanşir     65,0  
116 Qəbələ Heydərov Fəttah     70,6%  
117 Oğuz-Qəbələ Aqiyə Naxçıvanlı     68,0%  
118 Ağdam şəhər Əliyev Bəxtiyar     62,2%  
119 Ağdam kənd Sadıqov Bəxtiyar     60,6%  
120 Cəbrayıl-Qubadlı Məmmədov Ceyhun     54,2%  
121 Laçın Abbaszadə Mahir     58,2%  
122 Xankəndi Gəncəliyev Tural     57,1%  
123 Kəlbəcər Aqil Məmmədov     61,1%  
124 Şuşa-Ağdam-Xocalı –Xocavənd Elman Məmmədov     55,0%  
125 Zəngilan-Qubadlı İsmayılov İmamverdi     53,4%

Xəbəri paylaş

VİDEOLAR