Müqtəda Sədr xalqın təhlükəsizliyi bərpa etmək, xarici müdaxilələrdən çəkinmək və İraqın imicini qorumaq üçün yeni layihə təqdim edib.
Rasthaber Azərbaycan eastnews-a istinadən verdiyi xəbərə görə, ölkənin hələ də işğal altında olduğunu qeyd edən İraqdakı Sədr hərəkatının lideri Müqtəda Sədr xalqın təhlükəsizliyi bərpa etmək, xarici müdaxilələrdən çəkinmək və İraqın imicini qorumaq üçün yeni layihə təqdim edib.
Sədr hərəkatının lideri və İraq parlamentindəki "Sairun" fraksiyasının mənəvi dəstəkçisi Müqtəda Sədrin təklif etdiyi nizamnamə Sülh Nümayişləri, Milli Cihad və Siyasi İslahatlardan ibarətdir.
Müqtəda Sədr bildirib ki, bu gün insanlara təhlükəsizliyi bərpa edəcək və xarici müdaxiləni bu ölkədən uzaqlaşdıracaq, vətən və hökumətinin imicini qoruyacaq sülh nizamnamələri yazmağa çalışır.
O, təklif etdiyi ilk nizamnamə haqqında bildirib:
"Dinc nümayişlərin nizamnaməsi ilkin qəbilə şeyxlərinin köməyi ilə olacaq, lakin ilk növbədə nümayişlər üçün hamı üçün məqbul olan hüquqi, sosial şərtlər qoyacağıq. İkincisi Milli Cihad nizamnaməsi alimlər tərəfindən dəstəklənəcək və mücahidlərə rəhbərlik edəcək bir qanun qəbul edəcəyik ki, milli müqavimət siyasətdən uzaq olsun. Siyasi İslahatlar nizamnaməsi isə insanlara kömək edəcək".