Sədr Hərəkatı İraq parlamentinin buraxılmasını tələb edib

Sədr Hərəkatı İraq parlamentinin buraxılmasını tələb edib

İraqda Sədr Hərəkatının başçısı Müqtəda əs-Sədr məhkəmədən ən geci gələn həftənin sonuna qədər parlamentin buraxılmasını tələb edib.

Az.rasthaber.com xəbər verir ki, “Twitter” hesabından yaydığı bəyanatında Müqtəda yazıb: “İraq Ali Məhkəmə Şurasının sədri və məhkəməni ən geci gələn həftənin sonuna qədər parlamenti buraxmağa çağırıram.

Hazırki prezident tərəfindən müəyyən şərtlər daxilində növbədənkənar seçkinin tarixi təyin olunmalıdır.

Biz aksiyaları davam etdirəcəyik”.

Xəbəri paylaş

VİDEOLAR