Sədr: ABŞ-ın İraqdakı varlığına son verilməsi lazımdır

Sədr: ABŞ-ın İraqdakı varlığına son verilməsi lazımdır

Sədrin ilk paylaşımında ABŞ-ın hücumu “İraqın suverenliyi və müstəqilliyinə” hücum adlandırılmışdı

Rasthaber Azərbaycan xəbər verir ki, İraqlı şiə lider, “Sədr” hərəkatının rəhbəri Seyid Müqtəda Sədr ABŞ-ın “Haşdi Şabi” bazalarına hücumuna etiraz etmək üçün İraqlı fərqli qruplara ABŞ-ın İraqdakı varlığına son verilməsi üçün birlik çağırışı edib.

Sədr bu haqda özünün sosial şəbəkə profilində paylaşım edib.

O paylaşımında “(İran və ABŞ arasında) Qarşıdurmanın İraq üzərindən edilməsinə icazə verməyəcəyik. İşğalçıları (ABŞ əsgərləri) ölkədən siyasi və hüquqi yollarla çıxarmağa hazıram. İşğalçıların ən qısa zamanda ölkədən çıxarılmaları üçün cərgələri birləşdirin. Əgər çıxmasalar da, sizinlə birlikdə onları çıxarmaq üçün başqa mövqeyimiz olacaq.”, -deyə bildirib.

  Sədrin ilk paylaşımında ABŞ-ın hücumu “İraqın suverenliyi və müstəqilliyinə” hücum adlandırılmışdı.

Xəbəri paylaş

VİDEOLAR